Sarkisyanla bağlı həbs qərarı dəyişmədi
İrəvanın ümumi yurisdiksiya məhkəməsi, Ermənistanın eks-prezidenti Serj Sarkisyanın mülkiyyətinə qoyulmuş həbsin ləğvi barədə müdafiə tərəfinin vəsatətinə baxıb.
AFN xəbər verir ki, hakim Vahe Misakyanın sədrliyi ilə keçirilən prosesdə də Serj Sarkisyanın iddiası təmin edilməyib. Beləliklə, üçüncü prezidentin mülkiyyətinə qoyulmuş həbs qərarı qüvvədə saxlanılıb.
Xatırladaq ki, Serj Sarkisyan Ermənistan Cinayət Məcəlləsinin 38-179 3-cü maddəsinin 1-ci hissəsi ilə, yəni mənimsəmə və ya külli miqdarda israfçılığa yol verməkdə ittiham olunur.
M.Vahidli