Azərbaycanlı Nərgiz Məhəmmədi "Nobel Sülh" mükafatına ən real namizəddir

Norveçdə yerləşən Oslo Sülh Araşdırmaları İnstitutu Nobel Sülh Mükafatına namizədlərin siyahısını açıqlayıb.
AFN.az-ın xəbərinə görə, əslən Zəncandan olan insan haqları və qadın haqları fəalı, hüquqşünas Nərgiz Məhəmmədi namizədlər arasında birinci yerdədir.
Qeyd edək ki, zəncanlı hüquq müdafiəçisi Nərgiz Məhəmmədi hazırda siyasi məhbusdur və zindanda cəza çəkir.
M.Vahidli