Abramoviç təkzib etdi: "Çelsi"nin satışından Ukraynaya pul köçürmək imkanım yoxdur


Roman Abramoviçin mətbuat xidməti onun "Çelsi"nin satışından əldə etdiyi 2,3 milyard funt-sterlinqi Ukraynaya köçürmək qərarına gəldiyi barədə mətbuatda yayılan xəbərlərə cavab verib.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, iş adamı "Çelsi"nin satışından əldə etdiyi pulların bölüşdürülməsi ilə heç bir əlaqəsi olmadığını bildirib. Abramoviçin sözçüsü deyib ki, biznesmenin özü əvvəllər pulun “Rusiya və Ukrayna arasında münaqişənin hər iki tərəfdə zərər çəkmiş şəxslərin ehtiyacları üçün xeyriyyə fonduna verilməsini” istədiyini bəyan edib. Lakin klub satıldıqdan sonra vəsaitlər heç vaxt Abramoviçin hesabına köçürülməyib və o vaxtdan Britaniya hakimiyyətinin sərəncamında olub.
"Cənab Abramoviçin bu vəsaitlərə çıxışı yoxdur və onların bölüşdürülməsi prosesində iştirak etmir", - milyarderin mətbuat xidməti bildirib.

Bundan əvvəl media xəbər vermişdi ki, Britaniya hakimiyyəti Abramoviçin “Çelsi” üçün aldığı 2,3 milyard funt-sterlinqin Ukraynaya transferi ilə bağlı tezliklə razılığa gəlməyi planlaşdırır. Eyni zamanda qeyd olunub ki, Abramoviçə qarşı Avropa sanksiyaları tətbiq olunduğu üçün vəsaitlərin köçürülməsinə Aİ səlahiyyətlilərinin razılığı tələb olunacaq.

Xatırladaq ki, Roman Abramoviç ötən il martın əvvəlində 2003-cü ildən sahibi olduğu "Çelsi"ni satmaq qərarını açıqlamışdı. London klubunun yeni sahibi iş adamı Todd Boelinin rəhbərlik etdiyi Amerika konsorsiumu olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu