Azərbaycan səfirliyinə hücum edən terrorçu SEPAH-ın zabiti çıxdı


İran vətəndaşı, hazırda meyvə-tərəvəz satışı ilə məşğul olan SEPAH-ın keçmiş zabiti Yasin Hüseynzadə Azərbaycanın Tehrandakı səfirliyinə daxil olaraq səfirliyin təhlükəsizlik xidmətinin rəisini Kalaşnikov avtomatı ilə öldürüb.


Bəs Yasin Hüseynzadə kimdir?

Mərəndin Yuxarı Yekan kəndində anadan olan 54 yaşlı Yasin (Səfər) Hüseynzadə İran-İraq müharibəsi zamanı SEPAH sıralarına qatılıb. O, qısa müddət ərzində müharibədə 31-ci Aşura diviziyasında da iştirak edib. 1999-cu ilə qədər Təbrizdə SEPAH qərargahında yük maşını sürücüsü işləyib və SEPAH-dan könüllü olaraq təqaüdə çıxıb.
Yasin 1999-2006-ci illərdə Mərənddəki Yaldur məscidinə bağlı “Bəsic” qüvvələrinin komandanı olub, indi də həmin Bəsic bazası ilə əlaqəsini davam etdirir. Hətta onun Təbrizdə Bəsic və SEPAH qüvvələri ilə birlikdə son aylar Bükan və Marağada baş verən anti-hökumət etirazlarının dağıdılmasında iştirak etdiyi barədə məlumatlar var.

Yasin Hüseynzadəyə silahı kim verib? Yasin Hüseynzadə silahı necə əldə edib?

Hücum edənin iddiasının qəbul edildiyini, eləcə də onun keçmiş və indiki əlaqələrini və SEPAH-la əməkdaşlığını nəzərə alsaq, bu əməliyyatı “dəqiq və planlı əməliyyat” hesab etmək lazımdır.

Onun silahı necə əldə etməsi ilə bağlı yayılan məlumata görə, terror aktı fərziyyəsi bu günlərdə İslam Respublikası ilə Azərbaycan arasındakı son günlərin qarşıdurmasına səbəb olan ən aydın fərziyədir.

Yasin Hüseynzadənin istifadə etdiyi "Kalaşnikov AK-47" silahı ilə aşağıdan səfirliyə hücum edir. Hadisədən sonra həmin silah İran polisinə təhvil verilməzdən əvvəl Azərbaycan səfirliyinin mühafizəçilərindən birinin əlində şəkli çəkilib.
Bu silahın seriya nömrəsi, Azərbaycan səfirliyinin təhlükəsizlik əməkdaşının dediyinə görə, saxtalaşdırılıb və qundağının yeganə aydın seriya nömrəsi N-12067-dir ki, bu da hazırda İran daxilində nömrələnib. Həmin silahın İran silahlı qüvvələrinə məxsus olmadığı qeyd olunsa da, aşkar edildikdən sonra 25 iyun 2019-ci ildə Lorestan əyalətinin polis idarəsinin İctimai Təhlükəsizlik Komandanlığı tərəfindən qəbul edilib və ən azı 2000-ci ilin mart ayına qədər Zəncan əyalətinin polis qüvvələri tərəfindən aşkar edilən silah-sursat anbarında saxlanılıb.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu