İranın polis komandanı səfirliyə hücumu ört-basdır etməyə çalışdı
İranın polis qüvvələrinin baş komandanı general Əhmədrza Radan Azərbaycanın Tehrandakı səfirliyində baş vermiş hadisə və diplomatik polisin səlahiyyətləri ilə bağlı danışıb.
AFN.az “Jamaran” saytına istinadən xəbər verir ki, o, məsələ ilə bağlı "Bu tip məkanların mühafizəsi üçün konkret protokollar müəyyən olunub və biz də eyni protokollar əsasında fəaliyyət göstəririk” - deyə açıqlama verib.
İran polisinin baş komandanına xatırlatmaq lazımdır ki, hadisə baş verən an və silahlı cinayətkər Azərbaycanın Tehrandakı səfirliyinə hücum edərkən səfirliyin təhlükəsizliyini təmin etməli olan İran polisi heç bir tədbir görməyib və əli silahlı şəxsin diplomatik korpusa basqın etməsinə adi hal kimi reaksiya göstərib.
Halbuki, diplomatik nümayəndəliklərin qorunması haqqında 1961-ci il Vyana Konvensiyasının müddəalarına əsasən, xarici dövlətin səfirliyinin təhlükəsizliyinə birbaşa cavabdehliyi qəbul edən ölkə daşıyır.
M.Vahidli