Belarusdakı rus ordusu barədə kəşfiyyat məlumatları açıqlandı


Belarus ərazisində 6 minə yaxın Rusiya əsgəri var.


AFN.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Vadim Skibitski bildirib.
“Bu gün Belarus ərazisində quru komponenti 5800 hərbçidən ibarətdir. İkinci mexanikləşdirilmiş diviziya artıq Rusiya ərazisinə keçib, o cümlədən artıq Ukrayna ərazisinə daxil olub. Bu, Luqansk vilayətidir. İndi altıncı diviziyanın bölmələri, ərazi qoşunlarının bölmələri təcavüzün əvvəlində olduğu kimi təlim üçün ora daxil olur.
Orada güclü aviasiya komponenti yoxdur. Təlim keçməsinə baxmayaraq, güclü raket komponenti, hava-desant qoşunları yoxdur”-Skibitski belə deyib.
Hərbi kəşfiyyat nümayəndəsinin sözlərinə görə, bu gün Belarus ərazisində bir “İskəndər” diviziyası, “S-300”, “S-400” zenit-raket kompleksləri və üç ədəd “MİQ-31” təyyarəsi var.
Belarusda hərbi texnikanın uzunmüddətli saxlama anbarından çıxarılmasına başlanıldığı bildirlir.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu