Türk alimlərin qurduğu "BioNTech" şirkəti Almaniyanı tərk edir
Koronavirus epidemiyasına qarşı peyvənd hazırlayan "BioNTech" şirkətinin qurucuları Özlem Türeci və Uğur Şahin Almaniyanı tərk edir.
AFN.az Türkiyə mediasına istinadən xəbər verir ki, Almaniyanın aparıcı qəzetlərindən olan "Bild" iki adın şirkətin istehsal və Ar-Ge layihələri üçün Almaniyadan qaçdığını bildirərək, Almaniya hökumətini tənqid edib.
Koronavirus epidemiyasına qarşı mRNT əsaslı peyvənd hazırlayan və Pfizer ilə əməkdaşlıq edən "BioNtech"in qurucuları Özlem Türeci və Uğur Şahinin bu qərarları Almaniya gündəmini zəbt edib. "Bild" Almaniyanın yeni istedadları və yeni yaranan markaları ölkədə saxlamaqda çətinlik çəkdiyini açıqlayıb və “Korona qəhrəmanları belə ölkəni tərk edir” başlığı ilə Berlin rəhbərliyinin ünvanına tənqid səsləndirib.
Elm adamlarının xərçəng araşdırmaları üçün əməliyyatlarını Maynsdan İngiltərəyə köçürməyə qərar verdiyi qeyd edilir. Qəzetin xəbərinə görə, "Almaniya istehsalı" əvvəllər keyfiyyət əlaməti idi, amma indi bu dəyişib və getdikcə daha çox şirkət xaricdə öz fabriklərini və araşdırmalarını aparır: "Son nümunə alman korona nəhəngi "BioNTech"dir".
"BioNTech"in alman bürokratiyası üzündən ölkəni tərk etdiyi vurğulansa da, qəzetə danışan 55 yaşlı Özlem Türeci, "Almaniyadakı siyasətçilər müvəqqəti iş şərtləri ilə bağlı son qərarı verməlidir" - deyə bildirib.
"Bayer" və "BASF" kimi şirkətlərin də istehsal yerlərini dəyişdiyi, bu şirkətlərin Çin və ABŞ-a üstünlük verdiyi vurğulanır.