Fikrət Məmmədov rəisi işdən çıxardı


Gəncə 2 saylı İstintaq Təcridxanasının rəisi vəzifədən azad edilib.


AFN.az xəbər verir ki, bu barədə ədliyyə naziri Fikrət Məmmədov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, 2 saylı Gəncə şəhər İstintaq Təcridxanasının rəisi, polkovnik-leytenant Asif Quliyev sərəncama götürülüb. Onun yerinə isə Qasım Əliyev təyin olunub.

Məlumat üçün bildirək ki, A.Quliyev 2019-cu ilin sentyabrından Gəncə 2 saylı İstintaq Təcridxanasının rəisi vəzifəsində işləyirdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu