Putin Avropa Şurası ilə müqavilələri ləğv etdi


Prezident Vladimir Putin Rusiyanın Avropa Şurası ilə beynəlxalq müqavilələrinə xitam verilməsi haqqında qanun layihəsini Dövlət Dumasına təqdim edib.


AFN.az xəbər verir ki, müvafiq sənəd yanvarın 17-də Parlamentin yuxarı Palatasının bazasında yerləşdirilib.
Ümumilikdə, Rusiyanın Avropa Şurasında üzvlüyünə xitam verilməsi ilə əlaqədar ötən il martın 16-dan etibarən 21 beynəlxalq müqavilənin etibarsız sayılması təklif edilir. Onların arasında Əsas İnsan Hüquqları və Azadlıqlarınln Müdafiəsi Konvensiyası, Terrorçuluğa Qarşı Mübarizə üzrə Avropa Konvensiyası, Yerli Özünüidarəetmə Haqqında Avropa Xartiyası, Sosial Xartiya da var.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu