Cəmil Məmmədli haradadır? - AÇIQLAMA
Xaçmazda fəaliyyət göstərən jurnalist Cəmil Məmmədlinin itkin düşdüyü iddia olunub.
Bu barədə sosial şəbəkədə onun yaxınları məlumat yayıb. Qeyd olunub ki, C.Məmmədli dünən axşam saatlarında yerli polis şöbəsinə çağrılıb, daha sonra onunla əlaqə saxlamaq mümkün olmayıb.
Daxili İşlər Nazirliyi isə Cəmil Məmmədlinin tutulma xəbərini təkzib edib. DİN-in Mətbuat xidmətinin Quba regional qrupundan bildirilib ki, jurnalist Cəmil Məmmədli polis şöbəsinə dəvət olunub, daha sonra isə sərbəst buraxılıb: “Onun saxlanılması ilə bağlı yayılan məlumatlar əsassızdır və həqiqətə uyğun deyil”.
Daha sonra dostu Vüsal Başaratvi C.Məmmədlinin səs yazısını yayıb. Həmin səsdə jurnalist qeyd edib ki, hazırda Bakıdadır və Daxili İşlər Nazirliyinə qəbula gedir.