Avropa Məhkəməsi Laçın yolu ilə bağlı Azərbaycanın iddiasını təmin etmədi


Avropa İnsan Hüquqları Məhkəməsi Laçın dəhlizinin açılması ilə bağlı 21 dekabr 2022-ci il tarixli qərarının Azərbaycan tərəfindən icrasına nəzarəti təmin etmək məqsədilə Avropa Şurası Nazirlər Komitəsinə təcili bildiriş göndərib.

Qeyd edək ki, Azərbaycan 2022-ci il dekabrın 22-də müvəqqəti tədbirin tətbiqinə dair qərarın ləğvi tələbi ilə Avropa Məhkəməsinə müraciət edib.
Azərbaycan Ermənistana qarşı müvəqqəti tədbirlərin tətbiq edilməsini, yəni Azərbaycan ərazisində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi yerlərdə təcili tibbi yardıma ehtiyacı olan şəxslərin adekvat müalicə olunmasına yönəlmiş bütün tədbirlərin öz yurisdiksiyası çərçivəsində həyata keçirməsini və buna imaneə törətməməsini tələb edib.
Avropa Məhkəməsi tərəflərin təqdim etdiyi arqumentləri nəzərə alaraq, bu gün Azərbaycanın iddialarını təmin etməkdən imtina edib. Məhkəmə 21 dekabr 2022-ci il tarixli qərarını qüvvədə saxlayıb.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu