Sosial sığorta haqları necə dəyişdi? - ŞƏRH


Yanvarın 1-dən minimum əməkhaqqı məbləğinin artırılaraq 340 manata çatdırılması sahibkarlıq fəaliyəti ilə məşğul olanların narahatlığına səbəb olub. Mövcud qanunvericiliyə görə, sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlarımızın ödədiyi sosial ödənişlərin məbləği minimum əmək haqqı ilə müəyyənləşdirilir. Bu səbəbdən minimum əmək haqqı artırıldığı üçün sosial ödənişlərin məbləğində də dəyişikliklər də baş verdi.


AFN.az xəbərinə görə, məsələni şərh edən deputat Vüqar Bayramov bildirib ki, əhalinin sosial təminatının daha gücləndirilməsi üçün minimum əmək haqqının mütəmadi artırıldığını nəzərə alaraq sahibkarlar üçün differensial sosial haqların müəyyənləşdirilməsi daha məqsədəuyğun olar: "Belə ki, sosial haqlar üzrə faizlərin sahibkarların əldə etdiyi gəlirə uyğunlaşdırılması və nisbətən az daxilolmaları olan fiziki şəxslərin daha aşağı faizli sosial sığortaya cəlbi məqsədəuyğundur. Nəticədə, minimum əmək haqqı məbləğləri artırılanda daha az gəliri olan sahibkarların sosial sığorta ödənişlərində nisbətən az artım müşahidə oluna bilər".
V.Bayramov sosial sığorta haqlarının yeni məbləğlərini təqdim edib. Aydın olur ki, Bakı şəhəri üzrə tikinti sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan sahibkarlar 172.5 manat, digər sahələrdə çalışan sahibkalrar isə 86.25 manat sosial sığorta haqqı ödəməli olacaq. Sumqayıt və Gəncə şəhərlərində çalışanlar üçün bu məbləğ müvafiq olaraq 155.25 manat və 77.62 manatdır. Digər şəhərlərdə çalışanlara gəldikdə, tikinti sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan sahibkarlar 138.0 manat, digər sahələrdə çalışan sahibkalar 69.0 manat ödəməlidir. Rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə tikinti sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan sahibkarlar 103.5 manat, digər sahələrdə çalışan sahibkalrar 51.75 manat, kənd yerlərində tikinti sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan sahibkarlar 86.25 manat, digər sahələrdə çalışan sahibkalrar 43.12 manat sosial sığorta haqqı ödəməli olacaq.
Bundan başqa muzdlu işçi cəlb etmədən məşğul olan fiziki şəxslər üçün sosial sığorta haqqlarında dəyişikliklər olacaq. Belə ki, toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olanlar 17.25 manat, fərdi foto, audio-video xidmətləri (fotostudiyalar istisna olmaqla) sahəsində fəaliyyət göstərənlər 17.25 manat, çəkməçi, pinəçi 10.35 manat, saat, televizor, soyuducu və digər məişət cihazlarının təmirçiləri 10.35 manat, fərdi yaşayış evlərində və mənzillərdə ev qulluqçusu, xəstələrə, qocalara və uşaqlara qulluq xidməti, dayə, fərdi sürücülük, ev təsərrüfatında təmizlik, bağban, aşpaz, gözətçi və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslər (ofisiant) – 10.35 manat, nəqqaşlıq emalatxanalarında fəaliyyət göstərənlər, fərdi qaydada bərbər fəaliyyəti ilə məşğul olanlar və fərdi qaydada dərzi fəaliyyəti ilə məşğul olan şəxslər 10.35 manat sosial sığorta haqqı ödəyəcəklər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu