ABŞ-da fırtına - 14 nəfər öldü


ABŞ-ın Kaliforniya əyalətində şiddətli yağış və şiddətli fırtına səbəbiylə 14 nəfər həyatını itirib, 10 minə yaxın adam üçün təxliyə əmri verilib.


AFN.az "Los Angeles Times"a istinadən xəbər verir ki, səlahiyyətlilər Karpinteriya bölgəsindəki Montecito, Toro Kanyonu, Sycamore Kanyonu və Padaro Lane sakinlərinə dərhal yaşayış yerlərini boşaltmağı əmr edib. Sakinləri daha yüksək yerə getməyə çağırarkən Santa Barbarada evakuasiya mərkəzi yaradılıb. Milli Meteoroloji Xidmətdən verilən açıqlamada, xüsusilə Kaliforniyanın cənubunda fırtına və güclü yağış ehtimalının bu gün də davam etdiyi bildirilib.
ABŞ prezidenti Co Bayden ştatda fırtınalar, küləklər və yağışlar səbəbindən yanvarın 8-də fövqəladə vəziyyət elan edilməsini təsdiqləyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu