AKP Türkiyədə seçkilərin vaxtını açıqladı


Türkiyədə hakim partiya AKP-nin sədr müavini Erkan Kandemir prezident seçkilərinin vaxtını açıqlayıb.


AFN.az xəbər verir ki, Erkan Kandemir ölkə gündəmilə bağlı açlqlamalar verib. Partiya yetkilisi 21-23 aprel tarixləri arasında baş tutacaq Ramazan bayramından sonra seçkilərin keçirilə biləcəyini açıqlayıb.
Prezident Ərdoğanın verdiyi erkən seçki siqnallarından sonra vətəndaşların maraq göstərdiyi seçki tarixi ilə bağlı danışan Kandemir, "İyundan əvvəl, bayramdan sonra seçkilər keçirilə bilər. Əsasən, seçkilərin tarixi bəllidir. Amma bizdə belə bir yanaşma var. Normal seçki təqvimi iyunun ortalarına təsadüf edəndə seçki keçirmək olar. Bir neçə səbəbə görə seçki tarixinin yenilənməsini düşünürük. Türkiyədə demokratik standartlara uyğun seçkilərdə iştirak nə qədər yüksək olarsa və biz millətimizin səsvermə imkanını nə qədər artıra bilsək, bir o qədər yaxşı iş görmüş olarıq. Beləliklə, iyun ayından əvvəl yeniləmə edilə bilər. Bayramdan sonra da seçkilər keçirilə bilər. İnanıram ki, 52 faiz vətəndaş və hətta daha çox səs qazanacağıq. Bu gün çox aydın görüntü var. Bir tərəfdən öz milli texnologiyasını istehsal edəcək deyə Türkiyəni mərkəzə qoyan Cümhur İttifaqı, digər tərəfdən hələ namizədə qərar verməmiş, birinin ora, birinin buraya çəkdiyi, ləng irəliləyən, orta hesabla razılaşan, qeyri-müəyyənlik və köhnə Türkiyə vəd edən Millət İttifaqı var. 2023-cü il seçkilərinin Türkiyə siyasətini başqa bir zirvəyə daşıyacağını düşünürəm”.

Leyla



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu