Şarl Mişel Putini ikiüzlülükdə ittiham etdi


Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Rusiyanın atəşkəs təşəbbüsünə inanmadığını bildirib.


AFN.az-ın məlumatına görə, Şarl Mişel bu barədə özünün “Twitter” hesabında yazıb.
“Bir təcavüzkar var, bu Kremldir. Bir qurban var: Ukrayna xalqı. Rusiya qoşunlarının çıxarılması sülh və təhlükəsizliyə gətirib çıxaracaq yeganə ciddi qərardır. Birtərəfli atəşkəsin elan edilməsi növbəti absurd, qanunsuz ilhaqlar və onları müşayiət edən referendumlar qədər yalan və ikiüzlülükdür”-deyə Mişel qeyd edib.
Oxşar bəyanatları bundan əvvəl Almaniyanın xarici işlər naziri Annalena Burbok, ABŞ prezidenti Co Bayden və Dövlət Departamentinin sözçüsü Ned Prays verib.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu