Büdcə hesabına tikilən yol niyə pullu olmalıdır? - EKSPERT


Bakı-Quba yolunun yenidən əsaslı təmir edilməsi ictimai rəydə etirazlara səbəb olub. Yolun yenidən layihələndirilərək tikintisinə başlamasından sonra ekspertlər və vətəndaşlar haqlı olaraq suallar verirdilər: Bundan əvvəlki təmir təxminən 10-12 il öncə aparılıb, yola salınan beton plitələrin 30 il ömrü olacağı deyilirdi, bəs nədən belə tez təmirə dayandı? Üstəlik, yolun ödənişli olması haqda deyilənlər hansı məntiqə sığır? Dövlət nə vaxtdan vətəndaş üçün ödənişli yol çəkir?


AFN.az xəbər verir ki, iqtisadçı ekspert Natiq Cəfərli mövzu ilə bağlı şərh verib. Ekspert bildirib ki, Rusiya sərhəddinə qədər uzanan Bakı-Quba yolunun tikintisinə 2008-ci ildə başlanmışdı: "Layihənin ilk mərhələsinə 545 milyon 287 min 800 manat xərclənmişdi, yol hazır olandan sonra təmirinə (son yenidənqurma işlərinə qədər, yəni, cari təmirinə) 150 mln. manata yaxın vəsait – yəni, 180 km beton ortüklü yola və 120 km olan hazır asfalt yolların təmirinə ümumilikdə az qala 1 mlrd. dollar pul xərclənmişdi. Bu vəsait hesabına neçə məmur, nazir xaricdə villalar, obyektlər əldə etmişdi – bu mənada çox “bərəkətli” yol layihəsi idi.
Bir neçə il bundan öncə yolu yenidən təmir etməyə, 25 il zamənətli olan beton örtükləri sökərək asfaltla əvəz etməyə başladılar. Son yenidənqurma və təmir işlərinə və yeni yolun çəkilməsinə nə qədər vəsait ayrıldığını bilmirəm - ən azından, yeni təmir və yol çəkilişi ilə bağlı büdcə məlumatlarını tapa bilmədim, amma məlum olur ki, bu istiqamətdə 67 km-lik yeni yol qovşağı istifadəyə verilir və bu yolda gedişhaqqı pullu olacaq".
Pullu yollarla bağlı etirazı olmadığını deyən N.Cəfərli bildirib ki, bu təcrübə dünyada da var: "Amma dünyada özəl sektor – dövlət (çox zaman dövlət orqanı olan bələdiyyələr) iş birliyi ilə belə yollar çıkilir, nəticədə özəl sektor xərclədiyi vəsaiti geri götürmək, əlavə pul qazanmaq və həmin yolu saz vəziyyətdə saxlamaq üçün cari təmirə pul yığır. Amma bizdə bu yolu büdcə hesabına çəkirlər, biz – vətəndaşlar, vergi ödəyərək bu yolun pulunu öncədən vermişik və məmurlar-nazirlər də o pulun bir hissəsini basıb-yeyiblər. Ödədiyimiz yolun pulunu indi bir daha niyə ödəməliyik ki?!"



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu