"Azərbaycanı yolu açmağa məcbur etməliyik" - Poqosyan


“Azərbaycan yolu öz xoşuna açmayacaq, biz onu məcbur etməliyik”.


Konkret.az xəbər verir ki, bunu “Novosti-Armenia” yutub kanalında İnsan İnkişafı Mərkəzinin sədri Tevan Poqosyan deyib.

“Azərbaycan xoşməramlılıq nümayiş etdirməyəcək, Ermənistan özünü Qarabağa yolu açmağa hazırlamalıdır.

Bizim iki ssenarimiz var. Ya qlobal təsir aləti yaradaq ki, Azərbaycan ağrı hiss etsin və ekoloqlarını uzaqlaşdırsın. Ya da 1992-ci ildə olduğu kimi, özümüz yolu açmalıyıq.

Bu ssenari hər gün müzakirə olunmalıdır, bir gün həyata keçirmək üçün buna hazırlaşmaq lazımdır”, – deyə Poqosyan bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu