Məhkəmə BNA-nın kamerasını qanunsuz sayıb CƏRİMƏNİ LƏĞV ETDİ


Bakı Nəqliyyat Agentliyi tərəfindən cərimələnən sürücü həmin qərarın ləğv edilməsi üçün məhkəməyə müraciət edib.


AFN.az-ın xəbərinə görə, sürücü Avtosfer.az-a bildirib ki, məhkəmə onun şikayətini təmin edərək qərara xitam verib. Belə ki, o, paytaxtın Yasamal rayonu, Cəfər Cabbarlı küçəsində ("Caspian Plaza"nın yanında) avtomobilini park edən zaman BNA-nın əməkdaşları stasionar kamera ilə onun barəsində cərimə tətbiq edib. İnzibati Xətalar Məcəlləsinin 122-ci maddəsində dayanma-durmaya görə kamera ilə cərimə yazılması nəzərdə tutulmadığından sürücü həmin qərardan məhkəməyə müraciət edib.
Yasamal rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi ilə keçirilən məhkəmədə BNA-nın yazdığı cərimələrin qanunsuz olduğu bildirilib və bu səbəbdən hakim həmin qərara xitam verərək sürücünün şikayətini təmin edib.
Məhkəmənin qərarını təqdim edirik:














AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu