"Starlink" Azərbaycanda fəaliyyətə başlayır


İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Starlink Azerbaijan" MMC-ni dövlət qeydiyyatına alıb.


Yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti, ev 15, mənzil 140, nizamnamə kapitalı 100 ABŞ dolları, qanuni təmsilçisi isə Lauren Ashley Dreyerdir.

Xatırladaq ki, "Starlink" ABŞ-ın "SpaceX" şirkətinə məxsus internet xidmətidir. Onun təsisçisi məşhur iş adamı, elektromobil istehsalı ilə məşğul olan "Tesla" şirkətinin də sahibi İlon Maskdır. Bakıdakı təmsilçi isə "SpaceX"də 2006-cı ildən işləyir, biznes əməliyyatları üzrə baş direktordur.

Report



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu