Sevdiyi qızı qaçırmaq istədi, güllə ilə vurdu: xəstəxanada ölümlə həyat arasındadır


İstanbulun Sancaktepe rayonunda 22 yaşlı Bedirhan Uysal adlı şəxs 24 yaşlı Ülkü Dəniz Ersözü evinin qarşısından qaçırmağa cəhd edib. Gənc qız müqavimət göstərəndə Bedirhan Uysal tapançasından atəş açıb. Boynuna dəyən güllədən ağır yaralanan Ülkü Dəniz Ersöz xəstəxanada yaşamaq uğrunda mübarizə aparır.


AFN.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə dekabrın 26-da saat 14.30 radələrində baş verib. İddiaya görə, Bedirhan Uysal bir il əvvəl ayrıldığı keçmiş nişanlısı 24 yaşlı Ülkü Deniz Ersözü evinin qarşısında zorla maşına mindirməyə çalışıb. 17 yaşlı C.K ilə Ersözü qaçırmaq istəyərkən qadının qışqırtısını eşidən ətrafdakılar köməyə qaçıblar. Qonşular qadının maşına minməsinə mane olub və polisə məlumat veriblər. Həmin vaxt polis olduğunu iddia edən Bedirhan Uysal camaatı qovaraq gənc qadına atəş açıb. Güllə boynuna dəydikdən sonra ağır yaralanan Ülkü Dəniz Ersöz təcili yardım maşını ilə xəstəxanaya aparılaraq reanimasiya şöbəsinə yerləşdirilib. Hadisə yerindən qaçan təcavüzkarlar tutularaq həbsxanaya göndərilib. Həyatı təhlükədə olan gənc qızın dayısı Şenayi Ersöz təcavüzkarların ağır cəzalandırılmasını tələb edərək, baş verənləri danışıb.

Qızını xilas etməyə çalışdığını açıqlayan Anne Ayşegül Ersöz, "Qızımın qayınanası mənə zəng etdi ki, sürücülük vəsiqəsi alacağıq, Ülkünü oyandıra bilərsənmi, qızımı oyaddım, sonra getdim kiçik övladımı məktəbdən götürməyə. Evə gələndə gördüm ki, qızım geyinib hazırlaşır. Qayınatası gəlib gözləyirdi. Qızım evdən çıxmazdan əvvəl udqundu. Soruşdum nə olub, dedi boğazım ağrıyır. Dedim, qızım, bu gün evdən çıxma, vəsiqəni sabah alarsınız. Razılaşmadı, evdən çıxdı, qaynatasının maşınına mindi, bu arada səs gəldi. Çıxdım gördüm qızımı maşından çəkib çıxartdı, əlində silah vardı. Mülki polis olduğunu deyib. Silahı qızımın başına dayamışdı, qızım maşına minmək istəmədiyini deyib əlindən çıxıb qaçdı. Amma onun paltarından tutub geri çəkdi, sonra atəş açdı. Hücum etdim, vurdum. İnsanlar yığışdı, amma heç kim mənə kömək etmədi. Onu vuraraq silahı belindən almağa çalışdım, amma əlimdən qurtarıb arabaya minib qaçdı. Qızımın vurulduğu yerə baxdım qan görmədim. Sonra boynundan 2 damcı gəldi. Dövlətdən, ədalətdən yardım istəyirəm. Uşağımı xilas edə bilmədim, yetişə bilmədim. Qızımı qapımın qabağında, gözlərimin önündə vurdular, məhv etdilər. Həkimlər qızımın vəziyyətinin ağır olduğunu deyirlər.

Ülkü ilə Bədirhan sözlü olublar. Lakin yola getməyib ayrılıblar. Ülkü iki ay əvvəl başqası ilə nişanlanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu