"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" mobil əlavəsini istifadəyə verəcək
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) gələn il yanvarın 1-dən "MyASCO" adlı mobil əlavəsini istifadəyə verəcək.
"Report" xəbər verir ki, bunu qurumun sədri Rauf Vəliyev bildirib.
"Rəqəmsallaşma istiqamətində bir sıra işlər görmüşük və onları davam etdiririk. Mobil əlavəmizdə istənilən dənizçi istədiyi məlumatı, hətta yeməkxanalarımızda olan menyuya baxa biləcək", - o qeyd edib.
Bundan başqa, sədr deyib ki, ASCO 8 ildir ki, mənfəətlə işləyir: "Mən bura gələndə əməkdaşlarımıza söz verdim ki, uzağı birinci ildən zərərlə çıxacağıq. Əgər ikinci il zərər olsa, mən istefa verəcəyəm. Şükürlər olsun ki, 2014-cü ildən bəri biz mənfəətlə işləyirik. Hazırda 15-ə yaxın gəmimiz dünya sularında üzür".