Rusiya bayram günlərində Ukraynaya raket hücumu hazırlayır- İDDİA
“Onlar bizi işıqdan və işıqlı bayramlardan məhrum etmək istəyirlər. Bu, onların terror taktikasıdır”
AFN.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin sözçüsü Natalya Qumenyuk bildirib.
Qumenyuk deyib ki, Rusiya qarşıdan gələn yeni il və Milad bayramı günlərində Uklraynaya qarşı növbəti kütləvi raket hücumu hazırlayır: “Biz onların aktivləşdiyini müşahidə edirik. Qara dənizə üç raket daşıyıcısı çıxarıblar, onlardan ikisi sualtı qayıqlardır”.
Silahlı Qüvvələrin sözçüsü əlavə edib ki, Rusiya strateji və taktiki aviasiyasının da aktivləşdiyini müşahidə edirlər. Bu da növbəti kütləvi raket zərbəsinə hazırlığın göstəricisidir.
Qeyd edək ki, dekabrın 26-da Rusiyanın strateji bombardmançılarının yer aldığı Engels şəhərindəki hərbi aerodromu növbəti dəfə Ukrayna hərbi dronunun hücumuna məruz qalıb. Bir çox ekspertlər bu zərbənin Rusiyanın Ukraynaya qarşı növbəti kütləvi raket hücumunu ləngitdiyini düşünürlər.