DSMF-də 51 nəfərə saxta pensiya təyin olunub – Baş Prokurorluq


Hesablama Palatası tərəfindən dövlət vəsaiti və digər dövlət əmlakının istifadəsinə dair Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda keçirilmiş kənar dövlət maliyyə nəzarəti tədbirləri ilə bağlı toplanmış materiallar üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.


Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, araşdırma zamanı respublika tabeli şəhər və rayon üzrə pensiyaçıların məlumatları yoxlanılarkən 2002-2007-ci illər ərzində 51 şəxsin müvafiq sənədlərində saxtakarlıqlara yol verilməklə pensiya təyinatlarının aparılması, nəticədə 31.06.2022-ci il tarixədək ümumilikdə 884 min manat məbləğində artıq pensiya ödənişinin həyata keçirilməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış materialda ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı cinayətlərinin əlamətləri müəyyən edildiyindən fakta görə Cinayət Məcəlləsinin müvafiq olaraq 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanılıb.

Hazırda iş üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ibtidai istintaq davam etdirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu