TƏBİB-dən uşaqlarla bağlı mühüm açıqlama


"Bu ilin may ayından etibarən, yenidoğulmuşlar arasında anadangəlmə və irsi xəstəliklərin erkən aşkarlanması məqsədilə 6400-ə yaxın uşaq testlərə cəlb olunub".


Bunu Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktorunun müavini Araz Nəsirov deyib.

O bildirib ki, testlər TƏBİB-in tabeliyindəki tibb müəssisələrində götürülüb: "Kistik Fibroz xəstəliyinin erkən aşkarlanması məqsədilə uşaqlardan tər testi nümunələri götürülüb. Bu müayinə nəticəsində uşaqlar arasında əlillik hallarının qarşısını almaq mümkündür".

Direktor müavini vurğulayıb ki, ötən ilin aprel ayından bu günə qədər uşaqlar arasında Xidmətlər Zərfi çərçivəsində 404 tər testi aparılıb: "Həmçinin, Beynəlxalq qurumlarla əməkdaşlıq çərçivəsində, tibb müəssisələrinə "Körpə dostu və Ana Dost klinikası" nişanı verilməsi ilə bağlı işlər də görülür".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu