“Biz Rusiyaya düşüncələrdə qalib qalib gəldik!” - Zelenski


“Ukrayna, ABŞ və Avropa Rusiya üzərində ilk ümumi qələbəni nəhayət, onu sivil dünya ölkələrinin düşüncəsinə təsirdən məhrum etməklə qazanıb”.


AFN.az-ın məlumatına görə, Ukrayna prezidenti Vladimir Zelenski dekabrın 22-də ABŞ Konqresində çıxışı zamanı belə deyib. "Hamımızı sizinlə birlikdə ilk qələbə münasibətilə təbrik edirəm. Biz Rusiyanı düşüncəmizdə məğlub etdik!"- deyə Ukraynanın dövlət başçısı bildirib.
O, bu qələbənin ukraynalılara dünyanın heyran olduğu cəsarət verdiyini vurğulayıb. “Bu, amerikalılara azadlığı və beynəlxalq qaydaları qorumaq üçün qlobal cəmiyyəti birləşdirmək imkanı verdi. Avropalılar da bu sahədə qələbə qazandılar və buna görə də Avropa indi öz tarixində heç vaxt olmadığı qədər güclü və müstəqildir”.
“Rusiya tiranlığının bizim şüurumuz üzərində artıq heç bir gücü yoxdur və olmayacaq”-deyə Zelenski bəyan edib.
O, həmçinin qeyd edib ki, Qlobal Cənub ölkələri də belə bir qələbə qazanmalıdır.
“Mən bilirəm ki, ruslar öz başlarında Kremli məğlub edərsə, onların da azadlıq şansı ola bilər”-deyə Zelenski bildirib.
Eyni zamanda o vurğulayıb ki, döyüş davam edir və Kreml döyüş meydanında məğlub edilməlidir.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu