Sabah hava necə olacaq?


Dekabrın 21-də ölkə ərazisində gözlənilən hava proqnozu açıqlanıb.


Milli Hidrometeorologiya Xidmətindən AFN.az-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecəyə doğru yarımadanın bəzi yerlərində arabir yağıntılı olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 2-4° isti, gündüz 6-8° isti, Bakıda gecə 2-4° isti, gündüz 6-8° isti olacaq.
Atmosfer təzyiqi 776 mm civə sütunundan 771 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı, səhər tədricən kəsiləcəyi, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-4° yaxın, gündüz 4-7° isti, dağlarda gecə 10-15° şaxta, gündüz 3-8° şaxta olacaq.

Dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu