Daha bir etirazçı dar ağacından asıldı


İranın Məşhəd şəhərində Məcid Rza Rahnəvərd ictimaiyyətin qarşısında dar ağacından asılıb.


AFN.az “Tasnim” agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın Xorasan-Rezevi əyalətinin ədliyyə idarəsinin başçısı Qulaməli Sadeqi bildirib.

Onun sözlərinə görə, edam hökmü “əmin-amanlığın, təhlükəsizliyin bərpa olunması uğrunda qiyamçılara və qanunu pozanlara qarşı mübarizə” çərçivəsində icra olunub.

Bildirilib ki, İran İnqilab Məhkəməsinin Məşhəddəki bölməsi Məcid Rza Rahnəvərd barəsində 23 gün əvvəl ölüm hökmü çıxarıb. Hökm dekabrın 12-də səhər saatlarında icra olunub.

Qeyd edək ki, bu, barəsində ölüm hökmü çıxarılan ikinci edamdır. Bundan əvvəl Möhsün Şekari dar ağacından asılmışdı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu