Fransa Ermənistandakı missiyanın müddətini uzadır


Fransanın xarici işlər naziri Ketrin Kolonna Avropa İttifaqının monitorinq missiyasının Ermənistanda qalma müddətinin uzadılmasını təklif edib.


AFN.az xəbər verir ki, diplomat ölkə parlamentində sual-cavab sessiyası zamanı belə deyib. “Düzdür, iki ölkə arasında gərginlik həm sərhəddə, həm də Dağlıq Qarabağda davam edir və bu, Rusiyanın regiona təmin etmək iddiasında olduğu təhlükəsizlik zəmanətlərinə inamsızlığı göstərir”- Kolonna bu barədə Fransa parlamentinin rəsmi kanalının “Twitter”də yerləşdirdiyi videoda bildirib. “Bu kontekstdə Fransa və Avropa İttifaqı əvvəldən olduğu kimi Ermənistana tam dəstək verməklə məşğuldur”- deyə XİN rəhbəri əlavə edib.
Oktyabrın 6-da Praqada keçirilən dördtərəfli görüşün yekunlarına görə, oktyabrın 20-dən fəaliyyət göstərən və Aİ müşahidəçilərindən ibarət qrupun göndərilməsi Ermənistana yerləşdirilməsi barədə qərara xatırladan Katrin Kolonna deyib:“ “Əlbəttə, bəzi insidentlər hələ də baş verir, lakin missiya sərhəddəki vəziyyəti lazım gəldikdə izləyərək eskalasiya riskini həqiqətən məhdudlaşdırıb. Missiyanın mövcudluğu zərurət yarandıqca uzadılmalıdır. Bu, bizim qənaətimizdir, həm də ermənilərin istəyidir”, - Fransa XİN rəhbəri qeyd edib”.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu