"Azərsu" ASC-yə məxsus avtomobil piyadanı vuraraq öldürüb
"Azərsu" ASC-yə məxsus avtomobil piyadanı vuraraq öldürüb.
AFN.az report-a istinadən xəbər verir ki, hadisə Hacıqabul rayonunun Muğan qəsəbəsi ərazisində baş verib.
Belə ki, qəsəbələrarası su xətlərinin çəkilməsi ilə əlaqədar ərazidə işləyən ASC-yə məxsus Əliəkbər Şıxıyevin idarə etdiyi avtomobili geriyə hərəkət edən zaman 68 yaşlı Atlas Əsədovanı vuraraq öldürüb.
Faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.