Azərbaycan Laçın dəhlizində post qurur


Laçın şəhərindən yan keçməklə Xankəndi ilə Ermənistan nəqliyyat əlaqəsini təmin edən yeni dəhlizdə Azərbaycanın sərhəd-buraxılış məntəqəsi quraşdıracağına dair məlumatların sayı artır. Həm Ermənistan, həm də Azərbaycan tərəfinin Laçın yolu ilə bağlı verdyi açıqlamalar bunu göstərir.


“Son günlər Ermənistan hakimiyyəti Laçın dəhlizi ətrafında problemin kəskinləşməsi ilə bağlı həyəcan təbili çalır. Xüsusilə də Azərbaycanın onu ya bağlayacağından, ya da orada nəzarət-buraxılış məntəqəsi yerləşdirəcəyindən ehtiyatlanır”. AFN.az xəbər verir ki, Ermənistan parlamentinin “Şərəfim var” müxalifət fraksiyasının deputatı Tiqran Abrahamyan belə deyib.

Deputat bildirib ki, Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycana qaytarıldıqdan sonra bu ərazidən keçən dəhliz sadəcə yola çevrilib.
Deputat yaranmış vəziyyətə görə Ermənistan hakimiyyətini tənqid edib. O Paşinyan hökumətini müvafiq təminat almadan marşrutun dəyişdirilməsinə razılıq verməkdə və yaşayış məntəqələrini Azərbaycana təslim etməkdə ittiham edib.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu