Bakıda “BakuBus” MMC-yə məxsus avtobus qəzaya uğrayıb


Bakının Səbail rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.



AFN APA-ya istinadən xəbər verir ki, hadisə “Neftçilər” prospektində qeydə alınıb.

Belə ki, “AzSamand” markalı nəqliyyat vasitəsini idarə edən sürücü sükana nəzarəti itirərək Depoya gedən “BakuBus” MMC-yə məxsus BMC markalı sərnişin avtobusuna çırpılıb.

Qəza nəticəsində minik maşınında olan sərnişin xəsarət alıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı avtotexniki ekspertiza təyin edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu