Mövlud Çavuşoğlu Azərbaycanı təbrik edib


Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycanı təbrik edib.



AFN xəbər verir ki, o, bu barədə rəsmi tviter səhifəsində paylaşım edib.

"Qəhrəmanca mübarizədən sonra işğal altındakı torpaqlarını azad edən və bununla da regionda sülh və əmin-amanlığa şərait yaradan Azərbaycanın Zəfər Günü mübarək. Zəfərlərin əbədi olsun, can Azərbaycan!", - nazir bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu