DYP sürücülərə vaxt qoydu: "Sabah saat 22:00-dək..."


“Bakıda təmir olunan yoldan maksimum dərəcədə az istifadə edilsin”.



Bunu BAKU.WS-ə sorğusuna cavab olaraq Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli bildirib.
“Bildiyiniz kimi, bu gündən başlayaraq sabah saat 22:00-a qədər Bakının Binəqədi rayonunun “Baksol” yolunda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Buna səbəb aparılacaq təmir işləridir.

Qeyd etmək istəyirəm ki, Binəqədi-“Baksol” yolundan Ziya Bünyadov prospektinə çıxış hissəsi avtomobillərin sıx hərəkət olduğu ərazidir. Sürücülər təmir işlərini nəzərə alınaraq, həmin ərazidə nəqliyyat vasitələrindən maksimum dərəcədə az istifadə etsinlər”, - DYP rəsmisi vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu