Bizi ən çox narahat edən məsələ plansız minalanma olacaq – hərbi ekspert


“Adətən məndən soruşan da ki, işğaldan azad olunmuş ərazilərdə mina problemi nə zaman bitəcək, mən deyirəm ki, axırıncı mina tapılıb zərərsizləşdirilənə qədər, ya da sonuncu minanın üzərində kimsə ziyan görən an”.


Bunu AFN.az-a açıqlamasında hərbi ekspert Elxan Şıxəliyev deyib. O, bildirib ki, bütün qurumlar bu ərazilərin təmizlənməsinə dair protokol tərtib etsə belə, ağlımıza gəlməyən yerlərdə mina tapılacaq. Xüsusən gizli qalmış yerlərdə, ola bilsin ki, hətta 50 il sonra hansısa bir yerdə mina partlayacaq, yaxud kimsə xəsarət alacaq. Bu, müharibələrin taleyində mövcud ola bilən acı nəticələrdən sadəcə biridir. Təbii ki, bu ərazilər iki mərhələdə minalanıb. Ermənilər bu əraziləri işğal edəndə və müdafiə sistemi quranda. Onlar planlı şəkildə minaları harda basdırdıqlarını bilirdilər. Hərb elmində də bu, əksini tapıb. Hərbiçilər tərəfindən mina basdırılırsa, o mütləq şəkildə xərtiələrə köçürülməlidir. Bu, hərb elminin bir elementidir. Ola bilsin ki, mövqeləri dəyişəndə basdırdıqları minaları oradan çıxarıb başqa yerə daşıya bilsinlər. Bu planlı minalanmadır. Biz bunu təxmin edə bilir ki, minalar hardan-haraya basdırılıb. Burada da zərər görən iki kateqoriyadan olan insanlar olacaq. Birinci minatəmizlənmə işində ehtiyatsızlıq, ikincisi də ki, həmin ərazilərə qanunsuz girənlər. Bu, sırf keçmiş “Ohanyan” səddinə aiddir”.
E.Şıxəliyevin sözlərinə görə, bizi ən çox narahat edən məsələ plansız minalanma sistemi olacaq: “Bizim problemlərimiz Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan bölgələrində olacaq. Nədən bu ərazilərdə ən çox mina probleminə rastlaşacayıq? Çünki düşmən bu ərazilərdə plansız minalanma aparıb. Əllərində, anbarlarında olan minaların heç birini özləri ilə aparımayıblar. Bir sözlə, tullantı kimi basdırıblar. Onları aşkar etmək çox çətin olacaq. Bunun həlli yoxdur. Ən azı bunun üçün uzun illər lazım olacaq ki, təximini bütün ərazilər minalardan təmizlənsin. Müharibədən sonra da ermənilər tərəfindən minalanma əməliyyatları aparılıb. Kəlbəcər və Laçın rayonlarında bu kimi hallara rast gəlinib. Bu da mina təmizləmə işində zamanı, təsiri çoxaldır”.

FƏRAHİM



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu