Bu elan eşidənləri ŞOKA SALDI: Diri-diri basdırmaq üçün 3 milyon istədilər


Rusiyada yayılan bir elan səs-küyə səbəb olub.



AFN bildirir ki, rusiyalı Yakaterina Preobrazhenskaya "qorxu və narahatlıqların stress terapiyası" adlı şirkət qurub.

Sözügedən qurum bir saatlıq diri-diri basdırılacaq müştəri axtarışına çıxıb.

“New York Post” qəzetindəki xəbərə görə, Preobrazhenskaya bu xidmətin müştərilərinə qorxu və narahatlıqlarının öhdəsindən gəlməyə kömək etdiyini iddia edib.

Məlumata görə, şirkət tərəfindən müştərilərə iki paket təklif olunub.

Müştərilərin bir saat ərzində diri-diri basdırıldığı təklifin qiyməti üç milyon yarım rubl, onlayn cənazə üçün isə 900 min rubl tələb edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu