Ermənistanın Çıraqov və digərlərinə kompensasiya ödəməsi ilə bağlı tədbirlər görülür


Ermənistan Çıraqov və digər Azərbaycan vətəndaşlarına kompensasiya ödəməkdən boyun qaçırmaq istəyir.


AFN.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Ali Məhkəmənin sədr müavini, Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov deyib.

O bildirib ki, həmin şəxslərə kompensasiyanın ödənilməsi ilə bağlı Avropa Şurasının Nazirlər Komitəsində tədbirlər görülür.

"İnanırıq ki bununla bağlı Avropa Şurası tərəfindən hansısa tədbir görüləcək ki, Ermənistan həmin təzminatı ödəsin". Növbəti iclas bu ilin dekabr ayında olacaq. Ermənistan bu kompensasiyaları ödəməkdən boyun qaçırır. Ona görə də biz hərtərəfli tədbrilər görürük ki. həmin kömpensasiyaların ödənilməsinə nail olaq".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu