Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması vacibdir


Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması vacibdir.


Bu barədə Böyük Britaniyanın səfiri Fergus Auld oktyabrın 19-da Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşü zamanı məlumat verib.

Ölkəsinin Azərbaycanla bir çox sahələrdə geniş əməkdaşlıq əlaqələrinə malik olduğunu deyən diplomat münasibətlərin daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğunu bildirib.

O, xüsusilə enerji sahəsində mövcud olan dinamik əlaqələri qeyd edib.

F.Auld Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynadığını vurğulayıb.

Səfir Azərbaycanın alternativ və bərpa olunan enerji layihələrinin reallaşdırılmasında səylərinin vacibliyini və bunun ikitərəfli əlaqələrin mühüm hissəsi olduğunu söyləyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu