“229-cu gündə bizi Yer üzündən tamamilə silməyə çalışırlar”
Ukrayna Prezidenti Volodimir Zelenski ölkə vətəndaşlarını sığınacaqlarda qalmağa çağırıb.
AFN xəbər verir ki, Zelenski bu barədə məlumatı öz teleqram kanalında paylaşıb.
“Genişmiqyaslı müharibənin 229-cu günü. 229-cu gündə bizi məhv etməyə və Yer üzündən tamamilə silməyə çalışırlar. Təəssüflər olsun ki, ölən və yaralananlar var. Xahiş edirəm, sığınacaqları tərk etməyin. Özünüzü və sevdiklərinizi qoruyun”, - deyə Zelenski qeyd edib.
O, Ukrayna paytaxtından görüntülər də paylaşıb.
Xatırladaq ki, Rusiya ordusu bu gün səhər saatlarından başlayaraq Ukraynanın Kiyev, Dnepr, Ternopil, Lvov, Obuxov şəhərlərini, eləcə də Jitomir, Xmelnitski vilayətlərini raket atəşinə tutub.