Rasim Quliyev Ali Məhkəməyə müraciət edib


Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) sabiq Aparat rəhbəri Rasim Quliyev barəsində olan hökmdən kassasiya şikayəti verib.



AFN xəbər verir ki, bu barədə Report-a onun vəkili Rəsul Yusifbəyli bildirib.

Onun sözlərinə görə, kassasiya şikayəti Ali Məhkəməyə təqdim edilib:

"Müvəkilimin barəsində bəraət hökmünün çıxarılmasını istəyirik".

Qeyd edək ki, R.Quliyevin barəsində Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3-cü (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham irəli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 3 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apelyasiya Məhkəməsinin qərarına əsasən, R.Quliyevin cəzası dəyişdirilərək 2 il müddətinə şərti hesab olunub və o, azadlığa buraxılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu