Ermənilərin Daşkəsəndə basdırdığı 452 mina zərərsizləşdirilib

Ermənilərin Daşkəsəndə basdırdığı 452 ədəd mina zərərsizləşdirilib.
Bu barədə AFN-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Daşkəsən rayonu ərazisi Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı zamanı basdırılan minalardan təmizlənir.
Qeyd olunan ərazidə erməni diversiya qruplarının basdırdığı Ermənistanda istehsal edilmiş 452 ədəd Э-001 М tipli piyada əleyhinə mina mühəndis-istehkamçılarımız tərəfindən aşkar edilərək təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.
Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri qarşı tərəfin minaladığı ərazilərimizin təmizlənməsi üzrə fəaliyyətlərini davam etdirir.