Erməni Apostol Kilsəsi Xankəndidə qanunsuz nümayəndəlik AÇDI


Erməni Apostol Kilsəsi Azərbaycanın Xankəndi şəhərində - separatçıların nəzarətində olan ərazidə qanunsuz olaraq nümayəndəlik açıb.



AFN xəbər verir ki, “Erməni Apostol Kilsəsinin Artsax Yeparxiyası” adlı dini qurum Rusiyadan Qarabağa köçmüş erməni milyarder Ruben Vardanyanın himayəsilə fəaliyyətə başlayıb.

Bazar günü keçirilən açılış çərasimidnə “Artsax Təhlükəsizlik və İnkişaf Cəbhəsi”nin təsisçisi kimi təqdim olunan Ruben Vardanyan şəxsən iştirak edib. Vardanyan bu barədə məlumatı özünün sosial şəbəkə hesabında da paylaşıb.

“Erməni Apostol Kilsəsinin Qarabağ Yeparxiyası”nın “rəhbəri” yepiskop Vrtanes Abramyan təyin edilib.

“Biz Vrtanes Abramyanla mənəvi dəyərlərimizin qorunub saxlanılmasında və nəsillərə ötürülməsində kilsənin mühüm rolundan danışdıq. Müasir dünyada bəşəriyyət də şəxsiyyət böhranı yaşayır. Və bu reallıqlar və çağırışlar kilsəmiz sayəsində davamlı olan mənəvi və əxlaqi dəyərlər ətrafında birləşməyi daha da vacib edir”,-deyə R.Vardanyan qeyd edib.

Qeyd edək ki, kilsə uzun müddət dövlətçiliyi olmayan ermənilərin sıx birləşməsində xüsus rol oynayıb. Kilsə tək dini məsələlərlə qənaətlənməyib, həm də siyasi məsələlərlə məşğul olub.


Erməni Qriqorian Kilsəsi, tarixi boyunca, mövcudiyyətini qoruya bilmək üçün bir dövlətə ehtiyac duyub. Başqa sözlə, "erməni dövləti" fikirini ortaya atanlar, məhz erməni kilsəsi və erməni ruhanilər olub.


Hazırda dünyada iki erməni kilsəsi fəaliyyət göstərir - Erməni Qriqoryan Kilsəsi və Erməni Apostol Kilsəsi. Bu kilsələrə iki katolikos rəhbərlik edir. Biri Ermənistandakı Eçmiəzdin kilsəsində, digəri isə Livanın Əntilyas şəhərində yerləşən Kilikiya kilsəsində əyləşir.

Erməni Qriqoryan Kilsəsinə katalikos II Qaregin rəhbərlik edir. Onun rəhbərlik etdiyi kilsəyə Rusiya, Ukrayna keçmiş SSRİ respublikalarında yerləşən yeparxiyalar, habelə bir sıra Avropa ölkələrində yerləşən yeparxiyalar tabedir.

Kilikiya kilsəsinə isə katalikos I Aram rəhbərlik edir. Kilikiya katalikosluğu Livan, Suriya və Kiprdaki erməni yeparxiyasını idarə edir.

Bunlardan əlavə daha iki muxtar patriarxat mövcuddur ki, bunlar da İstanbul və Qüds patriarxatıdır. Qüds və İstanbul patriarxları Arxiyepiskop dini rütbəsinin daşıyıcısıdırlar. Qüds patriarxılığı İsrail və İordaniyanın erməni kilsələrini, İstanbul patriarxlığı isə Türkiyənin və Krit adasının erməni kilsələrini idarə edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu