Sənan Əhmədovun məsələsi Milli Məclisdə qaldırıldı
“Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədova şəhid ailəsi statusu verilmir və bu, qanunvericilikdə olan müddəa ilə izah olunur. Axı bu nə qanundur?”
AFN xəbər verir ki, bununla bağlı məsələni Milli Məclisdə deputat Aqil Abbas qaldırıb.
“Necə yəni bir qardaşı olana şəhid ailəsi statusu verilmir? Ailəli birinə necə bir otaq verilə bilər? Şəhid qardaşına iki otaq verilməsi böyük işdir? Bir nəfər üçün qanunun böyründən də keçmək olar. Qanun ona niyə iki otaq verməyə imkan vermir? Parlament sədri kimi sizdən xahiş edirəm ki, bu məsələni gündəmə gətirin o oğlana şəhid ailəsi statusu verilsin”.