Deputatdan “Azərsu”ya sərt sözlər: “Bilmirəm, Qıratdır, ya Düratdır”
“Azərsu”, bilmirəm ki, Qıratdır, ya Düratdır, çapa-çapa gedir. Lənkərandan mənə 20 sahibkar müraciət edərək çirkab sularının axıdılmasından şikayət edir”.
AFN "oxu.az"-a istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Rüfət Quliyev deyib.
O bildirib ki, “Azərsu” sahibkarları nəzərə almamaqla hansısa maraqlar güdür:
“Mən demirəm ki, ortada rüşvət, korrupsiya faktları var. Amma hansısa maraq olduğu ortadadır. Mən artıq ömrümün 20 ilini “Azərsu” ilə mübarizəyə həsr etmişəm, yorulmuşam”, - deyə o əlavə edib.