Azərbaycanda yaşlı kişi oğlu və gəlini tərəfindən vəhşicəsinə döyüldü
Göygöldə döyülmə faktı qeydə alınıb.
AFN.az-ın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Ağdağ qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 1954-cü il təvəllüdlü Hüseynov Məmmədəli müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerldirilib. Xəstəyə tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.
Məlumata görə, M.Hüseynov gəlini və oğlu tərəfindən döyülüb. Faktla bağlı araşdırma aparılır.