Ərdoğan Kraliçanın dəfn mərasimində iştirak etmək istəyir


“Böyük Britaniya kraliçası II Elizabetin dəfn mərasimində iştirak etməyi planlaşdırıram”.


“Qafqazinfo” “NTV”yə istinadən xəbər verir ki, bu barədə məlumatı jurnalistlərə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlayıb.

“Proqramlar uyğun olarsa, mərasimlərdə iştirak etməyi düşünürəm. İki dəfə görüşümüz olub. İmkan olarsa, biz də tədbirdə iştirak etmək istəyərik”, - deyə Ərdoğan söyləyib.

Xatırladaq ki, kraliça II Elizabet sentyabrın 8-i 96 yaşında dünyasını dəyişib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu