Mərkəzi Bankı kart sahiblərinə xəbərdarlıq etdi


Sosial şəbəkələrdə ödəniş kartlarının bloklanması və bununla bağlı kart sahiblərinin “Whatsapp” platforması üzərindən Azərbaycan Mərkəzi Bankına (AMB) müraciət etməsi zərurəti ilə bağlı saxta məlumatlar yayılıb.


AFN.az xəbər verir ki, bu barədə AMB-nin açıqlamasında bildirilir.

“Bildirilir ki, yayılan məlumatlar həqiqəti əks etdirmirVətəndaşlarımızı bu kimi məsələlərdə ehtiyatlı olmağa, şəxsi və ödəniş kartı haqda məlumatları heç bir halda III şəxslərə təqdim etməməyə və lazımi məlumatları yalnız AMB-nin internet səhifəsi və yaxud sosial şəbəkə hesablarından əldə etməyə çağırırıq”.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu