Son üç ayda Azərbaycan milli parklarını ziyarət edənlərin sayı açıqlanıb


Son üç ay ərzində Azərbaycan milli parklarını 185 522 turist ziyarət edib.


Bu barədə AFN.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva məlumat verib.

O bildirib ki, ən çox turist qəbul edən Göygöl, Şahdağ və Abşeron milli parklarıdır:

“Turistlərin sayında müşahidə olunan artım iyun, iyul, avqust aylarının istirahət mövsümü olması ilə yanaşı, həm də insan-təbiət vəhdətinin qurulması istiqamətində aparılan ardıcıl maarifləndirmə işləri və milli parklarda ziyarətçilərin rahatlığını təmin edən yeni və müasir infrastrukturların yaradılmasıdır”.

Xidmət rəsmisi deyib ki, turistlər milli parklarımızı ziyarət edərək, həm füsunkar mənzərələrdən zövq ala bilir, həm də vəhşi təbiətlə birbaşa təmas qurmuş olur ki, bu da ölkəmizdə ekoturizmin inkişafını və ziyarətçilərin sayının artmasını təmin edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu