Bərdə sakininə qarşı 16 min manatlıq dələduzluq edilib
Bərdə sakininə qarşı 16 min manatlıq dələduzluq edilib.
Bu barədə AFN-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin mart ayından iyun ayınadək olan müddətdə Lək kənd sakini F.Qədimovudan dələduzluq yolu ilə 16 min manat almaqda şübhəli bilinən Bakı şəhər sakini F.Kərimov və Bərdə şəhər sakini O.Həsənov saxlanılıb.
Araşdırma aparılır.