Ukrayna Xersondakı bu körpüləri yenidən vurdu


Gecə saatlarında Ukrayna hərbçiləri Xerson vilayətindəki Antonovski və Kaxovka körpülərinə zərbələr endiriblər.



Axar.az xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin rəsmini Natalya Qumenyuk deyib.

"Bir neçə gündür ki, bu istiqamətdə apardığımız atəş nəzarəti işlənib hazırlanıb. Bunun öz nəticələri var, həm Antonovski, həm də Kaxovka körpüləri kifayət qədər ciddi zərbələr alıb", - o qeyd edib.

Qumenyuk bildirib ki, cənubda Ukrayna hərbçiləri düşmənin bir neçə sursat bazasını məhv edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu