Bu gün koronavirusdan 5 nəfər dünyasını dəyişib
Azərbaycanda son sutkada koronavirus infeksiyasına 452 yeni yoluxma faktı qeydə alınıb, 403 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
AFN.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Son sutkada COVID-19-dan 5 nəfər vəfat edib.